Muzey eksponatının hekayəsini sən danış”

 

Nizami irsinə həsr olunmuş müsabiqənin qalibləri müəyyənləşib

 

 

 

Mədəniyyət Nazirliyinin elan etdiyiMuzey eksponatının hekayəsini sən danış: Nizami Gəncəvi” hekayə müsabiqəsinin qalibləri müəyyənləşib.

 

Qeyd edək ki, bu, “Muzey eksponatının hekayəsini sən danış” layihəsində ikinci müsabiqədir. İlk müsabiqə 2020-ci ildə keçirilmişdi.

 

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 yanvar tarixli sərəncamına əsasən, 2021-ci ilinNizami Gəncəvi İlielan edilməsi ilə bağlı keçirilən müsabiqənin qalibi “Şəhid ilə Xarıbülbülün məhəbbəti” hekayəsinin müəllifi Nərgiz Həşimova seçilib.

 

“Bəhram şah yeddi gözəlin portretinə baxır” hekayəsinin müəllifi Aişə Səfərova ikinci, “Nakam sevginin xatirəsi” hekayəsinin müəllifi Ömər Məmmədzadə üçüncü yerə layiq görülüb.

 

Müsabiqə qaliblərinə mükafatların sentyabr ayında təqdim edilməsi planlaşdırılır.

 

Mədəniyyət Nazirliyi qalibləri təbrik edir və müsabiqə iştirakçılarının hər birinə təşəkkürünü bildirir.

 

 

Mədəniyyət.- 2021.- 18 avqust.- S.3.