Milli Kitabxananın fəaliyyəti təqdir edilir

 

Kitabxananın nümayəndəsi CENL-in payız vebinarına məruzəçi təyin olunub

 

 

 

Avropa Milli Kitabxanaları Konfransı (CENL) təşkilatı M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasına məktub göndərib.

Məktubda kitabxananın 2019-cu il üçün hesabatı nəzərdən keçirilərkən bu qurumun ictimaiyyətlə əlaqəsi və ictimaiyyətin kitabxanaya cəlb edilməsi, habelə informasiya resurslarının toplanması məqsədilə həyata keçirdiyi layihələrin müsbət təcrübə kimi qiymətləndirildiyi qeyd olunub. Buna görə də CENL-in bu ilin payızında keçiriləcək vebinarında Azərbaycan Milli Kitabxanasının ictimaiyyətlə əlaqələri və ictimaiyyətin kitabxanaya cəlb olunması, yaxud da kitabxana fandreyzinqi sahəsindəki fəaliyyəti barədə təcrübəsini digər CENL üzvləri ilə bölüşmək məqsədilə əsas məruzəçi kimi çıxış etməsi tövsiyə edilibkitabxanadan əsas məruzəçi təyin olunması barədə xahiş olunub.

 

Milli Kitabxananın kitabın və mütaliənin təbliği, ictimaiyyətin kitabxanalara cəlb olunması istiqamətində həyata keçirdiyi tədbirlər – kitab təqdimatları və müəlliflərlə görüşlər, ənənəvi və virtual kitab sərgiləri, “Açıq kitabxana” layihəsi, “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr olunan 80-dən artıq fundamental biblioqrafiya və digər layihələr, ölkə ərazisində nəşr olunan bütün çap məhsullarından pulsuz məcburi nüsxələrin toplanması, ayrı-ayrı nəşriyyatlarla aparılan kitabtoplama işləri, habelə digər ölkələrin milliuniversitet kitabxanaları ilə aparılan aktiv fəaliyyət və bu istiqamətdə həyata keçirilən tədbirlər əsas meyar kimi nəzərə alınıb.

 

Milli Kitabxana tərəfindən CENL-in bu ilin payızında keçiriləcək vebinarında əsas məruzəçi kimi kitabxana-informasiya xidməti və beynəlxalq əlaqələr üzrə direktor müavini Ədibə İsmayılova təyin olunub.

 

Qeyd edək ki, informasiya resurslarının toplanılması və fandreyzinq sahəsində fəaliyyət qiymətləndirilərkən Milli Kitabxananın Mədəniyyət Nazirliyi ilə birlikdə və Heydər Əliyev Fondunun fəal dəstəyi sayəsində 2019-cu ildən həyata keçirməyə başladığı “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi – xarici kitabxanalardan Azərbaycan ədəbiyyatı klassiklərinə aid əlyazmaların rəqəmsal (digital) nüsxələrinin ölkəyə gətirilməsi xüsusilə diqqətəlayiq hesab olunub. 2019-cu ildə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Nəsrəddin Tusi, Xaqani Şirvani, Sahib Təbrizi və digər klassik şairlərin irsi ilə bağlı 58 qiymətli əlyazmanın rəqəmsal nüsxələri ölkəmizə gətirilərək kitab şəklində çap olunub.

 

Nizami Gəncəvi İli” çərçivəsində bu il həmin layihə üzrə dahi şairin yaradıcılığına aid 200-ə yaxın qiymətli əlyazmanın rəqəmsal nüsxələrinin Azərbaycan Milli Kitabxanasına gətirilməsi təmin edilib. Hazırda bu əlyazmalar üzərində aparılır və ilin sonunadək onların elektron məlumat bazası ictimaiyyətə təqdim olunacaq.

 

 

 Mədəniyyət.- 2021.- 18 avqust.- S.5.