Musiqi məktəbi şagirdinin beynəlxalq müsabiqədə uğuru

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi İskəndər Həsənzadə bu il Qazaxıstanın Aktobe şəhərində keçirilmişBaqytty Bala – 2021” Beynəlxalq uşaq vokal müsabiqəsində uğurla çıxış edib.

 

Baş idarədən bildirilib ki, İ.Həsənzadə müsabiqədə 3-cü yeri tutub.

 

Bauytty Bala” Qazaxıstanda hər il keçirilən yeganə uşaq vokal müsabiqəsidir. Müsabiqəyə dünyanın hər yerindən uşaqlar dəvət olunur. 2021-ci ildə müsabiqəyə 12 ölkədən müraciət daxil olub. Finala 20 gənc vokalçı vəsiqə qazanıb.

 

Mədəniyyət.- 2021.- 18 avqust.- S.7.