CNN Türkün əməkdaşları Xocalı haqqında material hazırlayır

Milli Kitabxanada dövri mətbuat nümunələri ilə tanış olublar

 

 

Azərbaycanda səfərdə olan Türkiyənin CNN Türk telekanalının əməkdaşları Merve ŞahinSerra Taşkıran avqustun 13-də Milli Kitabxananı ziyarət ediblər.

 

Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları salamlayaraq iki qardaş ölkənin milli kitabxanaları arasında əməkdaşlıqdan söz açıb, həyata keçirilən informasiya, təcrübə və kitab mübadiləsinin hər iki tərəf üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib. O, eyni zamanda Nizami Gəncəvi İli çərçivəsində Türkiyənin Ankaraİstanbul şəhərlərində dahi şairin irsi ilə bağlı kitab sərgisinin təşkili, Türkiyə kitabxanalarında və Topqapı Sarayı Kitabxanasında saxlanılan Nizami əlyazmalarının digital nüsxələrinin Azərbaycan Milli Kitabxanasına hədiyyə olunması barədə danışıb.

 

CNN Türk kanalının əməkdaşı Merve Şahin səmimi qəbul üçün təşəkkürünü bildirib və səfərlərinin əsas məqsədinin Xocalı qətliamı haqqında material hazırlamaq olduğunu bildirib. O, ötən əsrin 90-cı illərində Azərbaycanda nəşr olunan Qarabağ, Xocalının səsi, Səhər və digər qəzetlərdə Xocalı soyqırımı ilə əlaqədar dərc olunan materiallarla tanış olmaq üçün köməklik göstərməyi xahiş edib. Eyni zamanda Milli Kitabxananın fondunda mühafizə olunan qəzetlərdən istifadə edərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində iştirak etmək istədiklərini də bildirib.

 

Kitabxananın əməkdaşları müvafiq materialların tapılmasında və rəqəmsallaşdırılaraq qonaqlara verilməsində yardım ediblər.

 

Daha sonra qonaqlar Milli Kitabxananın Heydər Əliyev guşəsi, Beynəlxalq əməkdaşlıq zalı, Nadir kitablarkitabxana muzeyi şöbəsi, kitabxana fondu ilə tanış olublar.

 

Direktor Kərim Tahirov qonaqlara Azərbaycan Milli Kitabxanası: fotoalbom, Azərbaycan xalçaları dünya kolleksiyalarında, Karabakh ancient and beautiful, Magical beauty Sheki kitablarını və Azərbaycan filmləri CD-sini hədiyyə edib.

 

Mədəniyyət.- 2021.- 18 avqust.- S.5.