Xalq artisti Vaqif Əliyev dünyasını dəyişib

 

Xalq artisti, teatrkino aktyoru Vaqif Əliyev avqustun 13-də, 81 yaşında vəfat edib.

 

Vaqif Məzahir oğlu Əliyev 1940-cı il iyulun 31-də Bakıda anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb, kütləvi səhnələrdə çıxış edib. Sonra Azərbaycan Dövlət Teatr İnstitutunda ali təhsil alıb.

 

1968-ci ildə təyinatla yeni yaranan Sumqayıt Dövlət Dram Teatrına göndərilib. 32 il bu teatrda aktyor kimi çalışıb, yüzdən artıq tamaşada müxtəlif obrazlar yaradıb. 2000-ci ildən sənət fəaliyyətini Bakı Bələdiyyə Teatrında davam etdirib. Filmlərə ( atlı oğlan, Yük, Biz qayıdacağıq) çəkilib.

 

Vaqif Əliyev 1990-cı ildə respublikanın Əməkdar artisti, 2002-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

 

Allah rəhmət eləsin.

 

 

Mədəniyyət.- 2021.- 18 avqust.- S.5.