Azərbaycanlı rejissor nüfuzlu kinofestivalın münsiflər heyətində

 

Avqustun 13-də 27-ci Sarayevo Film Festivalı (Bosniya Herseqovina) başlanıb. Azərbaycanlı rejissor Teymur Hacıyev festivalın münsiflər heyətində yer alıb. O, Qısametrajlı Avropa filmləri kateqoriyasında ekran əsərlərini qiymətləndirəcək. Bu kateqoriyada münsiflər heyətinə tanınmış rumın operatoru ssenaristi Taina Qalis xorvat rejissor Tin Zanic daxildir. Qısametrajlı Avropa filmləri kateqoriyasında 9 ölkədən 13 film yarışır.

 

1995-ci ildə əsası qoyulan Sarayevo Film Festivalı Cənub-Şərqi Avropanın nüfuzlu kino forumu hesab edilir. Festival avqustun 20-dək davam edəcək.

 

Qeyd edək ki, Teymur Hacıyev Yara (2013), Şanxay, Bakı (2015), Duz, istiot zövqə görə (2018) s. ekran əsərlərinin müəllifidir. Ötən il Kann Festivalının Tənqid həftəsinin qısametrajlı filmləri arasında rejissorun Axşama doğru ekran əsəri yer alıb. T.Hacıyevin prodüseri olduğu Ayrılıqda (Torn) filmi 2014-cü ildə Kann Festivalının Rejissor ikihəftəliyi proqramına daxil edilmişdi.

 

LALƏ

 

Mədəniyyət.- 2021.- 18 avqust.- S.3.