Vətən müharibəsi qəhrəmanları gənc rəssamların gözü ilə

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Zəfərə gedən yol” layihəsi çərçivəsində təşkil olunan “Vətən müharibəsi qəhrəmanları gənc rəssamların gözü ilə” virtual sərgisinin iştirakçıları təltif edilib.

 

Virtual sərgidə 20-dən çox gənc həvəskar rəssamın 44 günlük Vətən müharibəsi qəhrəmanlarına həsr etdikləri rəsm əsərləri onlayn rejimdə nümayiş olunub.

 

Virtual sərgidə öz işləri ilə çıxış edən həvəskar rəssamlar və tədbirin təşkilinə əmək sərf edən Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərovlar diplomsertifikatlarla təltif ediliblər.

 

Diplomları təqdim edən Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev bu qəbildən sərgilərin əhəmiyyətini qeyd edib, Elnurə və Aygün İsgəndərovaların zəhmətini xüsusi vurğulayıb, onlara minnətdarlığını bildirib. Direktor kitabxananın gələcəkdə də bu səpkili vətənpərvərlik layihələrini davam etdirəcəyini vurğulayıb.

 

Sonra iştirakçılar Şəhidlər xiyabanını, Bakıdakı Türk şəhidliyini ziyarət ediblər.

 

 “Vətən müharibəsi qəhrəmanları gənc rəssamların gözü ilə” virtual sərgisinə aşağıdakı link vasitəsilə baxmaq olar. https://www.instagram.com/p/CSGxLFvFvAF/

 

Mədəniyyət.- 2021.- 18 avqust.- S.5.