Xalq artisti Rəfiqə Axundova Şöhrət ordeni ilə təltif edilib

Prezident İlham Əliyev avqustun 6-da Azərbaycan balet sənətinin görkəmli nümayəndəsi, respublikanın Xalq artisti Rəfiqə Hacı qızı Axundovanın Şöhrət ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Avqustun 7-də 90 yaşı tamam olan Xalq artisti Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif edilib.

 

Rəfiqə Axundova Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solisti, baş baletmeysteri olub. Həyat yoldaşı, Xalq artisti Maqsud Məmmədovla tərəf-müqabil olaraq bir çox balet tamaşalarında əsas partiyaları ifa edib. Bakı Xoreoqrafiya Məktəbinin (indiki BXA) bədii rəhbəri olub.

 

Rəfiqə Axundovanı yubileyi və yüksək dövlət təltifi münasibətilə təbrik edir, möhkəm cansağlığı arzulayırıq.

 

Mədəniyyət.- 2021.- 18 avqust.- S.2.