Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

 

Avqustun 19-da Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin (19122001) anadan olmasının 109 illiyi münasibətilə Azərkitab kitab mərkəzində tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı açaraq Mirvarid Dilbazi yaradıcılığının Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusunda xüsusi yer tutduğunu və gənc nəslə örnək olduğunu vurğulayıb.

 

Tədbirdə ictimai birliyinMişov mədəniyyət dərnəyinin birgə təşəbbüsü və dəstəyi ilə ərsəyə gələn nəşr Aqşin Ağkəmərlinin Təbrizdən Təbrizə hekayələr kitabı təqdim olunub. Nəşrin ön söz müəllifi Xalq şairi Nəriman Həsənzadə kitabın oxucuların rəğbətini qazanacağını əminliklə vurğulayıb. O, Xalq şairi Mirvarid Dilbazini xatırlayaraq xatirələrini bölüşüb. Mirvarid Dilbazi adına yaradılmış ictimai birliyə uğurlar arzulayıb.

 

Tədbirdə çıxış edən tarix elmləri doktoru Əkrəm Rəhimli, tənqidçi, şair Əsəd Cahangir, tədqiqatçı-yazar Ramiz Göyüşov, şairlər İlham Qazaxlı, Südabə İrəvanlı, Zeynəb Kazımova, Zərəngiz Dəmirçi Qayalı və başqaları çıxış edərək Mirvarid Dilbazinin yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

 

Mədəniyyət.- 2021.- 20 avqust.- S.2.