Azərbaycan Rəngkarlıq Muzeyində sərgilər davam edir

 

YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Azərbaycan Rəngkarlıq Muzeyində açılan sərgilər yay rejimində fəaliyyət göstərir.

 

YARAT-dan bildirilib ki, sərgi ilə tanış olmaq istəyənlər çərşənbə axşamı və bazar günü olmaqla saat 12:00-dan 20:00-dək bələdçi ilə sərgiyə baxış keçirə bilərlər. Eyni zamanda saat 21:00-dan 22:00-dək sərgiyə sərbəst (bələdçisiz) baxmaq mümkündür.

 

Qeyd edək ki, hazırda Azərbaycan Rəngkarlıq Muzeyində Rəşad Ələkbərovun Özünsən! solo sərgisi, XX əsrin son çiçəkləri: Y nəsli qrup sərgisi, eləcə də Öz adanı kəşf et adlı sərgi ziyarətçilər üçün açıqdır.

 

Mədəniyyət.- 2021.- 20 avqust.- S.8.