120 yaşlı Xan ruhu da, səsi də azad yurdundadır

 

Avqustun 20-si Azərbaycan muğam sənətinin böyük ustadı, məşhur xanəndə, Xalq artisti Xan Şuşinskinin (19011979) anadan olmasının 120 ili tamam olur. Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirov) muğamlarımızın bənzərsiz ifaçısı olmaqla yanaşı, Şuşanın dağları, Məndən gen gəzmə, Ay gözəl kimi dillər əzbəri olan mahnı və təsnifləri bəstələyib.

 

Ustad xanəndə İslam Abdullayevin tələbəsi olan İsfəndiyar Cavanşirov Xan Şuşinski adını təsadüfən qazanmayıb. Hər kəs anadan olanda ona ad verilir nadir insanlar olur ki, onlar həyatda ad qazanırlar. Xan Şuşinski hələ gənc yaşlarından ecazkar səsi, ifası ilə muğam sənətinin Xanı olduğunu sübuta yetirmişdi.

 

Sənətkarın vəfatından 13 il sonra doğma yurdu, səsi ilə dağlarına, Cıdır düzünə səs saldığı Şuşa yağı düşmən tərəfindən işğal edildi. Günə gün 28 il 6 ay sürən bu işğal dövründə Xanın ruhu sərgərdan idi, səsi Şuşadan havalanacağı günü gözləyirdi.

 

Bu gün Xan Şuşinskinin yurdu artıq azaddır. Xanəndənin 100 illik yubileyini də, 110 illik yubileyini də Şuşasız qarşılamışdıq. Bu gün ustadın 120 yaşı tamam olurruhu da, səsi də azad yurdunda, Azərbaycanın mədəniyyət paytaxtı Şuşadadır...

 

Mədəniyyət.- 2021.- 20 avqust.- S.1.