Tarixi Qələbə” – onlayn rəsm müsabiqəsi

 

 

Təhsil Nazirliyinin dəstəyi, 2 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə “Tarixi qələbə” onlayn respublika rəsm müsabiqəsi keçirilir. Nazirlik sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilən müsabiqə noyabrın 6-dək davam edəcək.

 

Müsabiqə 3 yaş qrupunda (6-9 yaş, 10-13 yaş, 14-18 yaş) keçirilir. İştirakçılar oktyabrın 20-dək rəsm işini 2 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin elektron ünvanına (ugim-2@mk.edu.az) göndərməlidir. Əl işləri 21 oktyabr – 6 noyabr tarixlərində münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

 

Rəsmlər A3 və ya A4 formatda işlənməli, rəsmlərin aşağı sağ küncündə rəsmin adı, dərnək üzvünün adı, soyadı, yaşı və mərkəzin adı qeyd olunmuş etiket vurulmalıdır.

 

Müsabiqə ilə bağlı yaranan suallar (+994) 55-994-57-86, (+994) 12-372-72-63 nömrələri vasitəsilə cavablandırılır.

 

Mədəniyyət.- 2021.- 25 avqust.- S.5.