Bütün bəşəriyyətin şairi

 

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzinin 3D kinozalında “Nizami Gəncəvi İli” çərçivəsində rayon gəncləri üçünNizami” (1982) filmi nümayiş etdirilib. Çıxış edənlər filmin gənclərə söz ustasının həyat və yaradıcılığı ilə yaxından tanış olmağa, Nizami irsinin Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatına təsirini öyrənməyə kömək etdiyini vurğulayıblar.

 

Ağcabədi Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” başlığı altında tədbir keçirilib.

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax Dövlət Rəsm Qalereyası və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi yaradıcılığı gənc rəssamların fırçası ilə” başlığı altında rəsm müsabiqəsi keçirilib. Eşqin Quliyev I, Ema Carçılı II, Ruhin Xasməmmədov və Zülfüqar Abdullayev isə III yerlərə layiq görülüblər.

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin 1-ci Nügədi və Digah kənd kitabxanaları “Nizami Gəncəvi İli” münasibətilə tədbirlər keçiriblər.

 

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Nizami Gəncəvi İli” ilə əlaqədar dəyirmi masa təşkil olunub. Tədbirdə Nizami Gəncəvinin yaradıcılığı haqqında videoçarx nümayiş etdirilib.

 

Mədəniyyət.- 2021.- 25 avqust.- S.4.