Mirzə Kazım bəy sənədli filmi bərpa olunub

 

Azərbaycan Dövlət Film Fondu tərəfindən Mirzə Kazım bəy sənədli filmi bərpa olunub.

 

1983-cü ildə C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasında istehsal edilmiş ekran əsəri görkəmli Azərbaycan şərqşünası, maarifçi Mirzə Kazım bəyin (Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu; 18021870) həyat və fəaliyyətinə, zəngin elmi irsinə həsr olunub.

 

Sənədli filmdə şərqşünas alimin KazanSankt-Peterburq universitetlərində fəaliyyətindən ətraflı söz açılır.

 

Mirzə Kazım bəy Peterburq Universitetini bitirib, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü (1835) olub. 1828-ci ildə Kazan Universitetində yenicə yaranmış Türk dilləri fakültəsinə rəhbər təyin olunan dilçi alim 1839-cu ildə Türk-tatar dilinin qrammatikası dərsliyini çap etdirib. 1853-cü ildə Peterburq Universitetində açılan Şərqşünaslıq fakültəsinin dekanı təyin edilib.

 

Sənədli filmin ssenari müəllifi Ağabala Rzayev, rejissoruoperatoru Zaur Məhərrəmov, bəstəkarı Cavanşir Quliyevdir. Diktor mətnini Hamlet Xanızadə oxuyub.

 

Mədəniyyət.- 2021.- 25 avqust.- S.7.