“Azərbaycana ziyarət”

 

Niderland qəzetində ölkəmiz haqqında məqalə

 

 

 

Azərbaycanın Niderland Krallığındakı Səfirliyi 3-4 sentyabr tarixində bu ölkədə keçiriləcək “Səfirliklər Festivalı”nda (Embassy Festival) iştirak edəcək. Festival çərçivəsində niderlandlılar Azərbaycan səfirliyi, mədəniyyəti və mətbəxi ilə yaxından tanış olacaqlar.

 

Bu fikirlər Niderlandın “De Telegraaf” qəzetində “Azərbaycana ziyarət” adlı məlumat xarakterli məqalədə yer alıb. Məqalədə festival çərçivəsində səfirliyimizin ictimaiyyətə açıq olacağı diqqətə çatdırılır. Qeyd olunur ki, ilk dəfə yerli sakinlər Azərbaycan səfirliyini ziyarət edə biləcək. Onlar səfirlik binası ilə tanış olacaq, dövlət rəmzlərimiz, Azərbaycanın xarici siyasəti, tarixi, mədəniyyəti və musiqisi haqqında məlumat alacaq, milli mətbəximizin nemətlərini dadacaqlar.

 

Boliviya, Estoniya, PanamaKoreya Respublikasının səfirlikləri də həmin gün ictimaiyyətə açıq olacaq.

 

Festivalın ikinci günündə Azərbaycan da daxil olmaqla, 20 ölkənin milli mətbəx və mədəniyyət nümunələri Haaqada nümayiş etdiriləcək.

 

Mədəniyyət.- 2021.- 25 avqust.- S.8.