Kəndlərdə mədəniyyət günləri davam edir

 

Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə keçirilən Kəndlərdə mədəniyyət günləri layihəsi çərçivəsində növbəti tədbir Quba rayonunun Yeni Güləzi kəndində gerçəkləşib.

 

44 günlük Zəfər yolu mövzulu tədbir B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin Güləzi kənd Folklor klubuQuba rayon MKS-nin Güləzi kənd kitabxana filialının birgə təşkilatçılığı ilə baş tutub.

 

Tədbir iştirakçıları öncə kəndin qədim adət-ənənələrini özündə əks etdirən sənət nümunələri rəsm əsərləri, kənd Folklor klubunda özfəaliyyət dərnəyi üzvlərinin və kitabxana filialı oxucularının əl işləri, Vətən müharibəsi şəhidlərinin fotolarından ibarət stendləri, eyni zamanda Nizami Gəncəvi-880, Azərbaycan klassikləri, Bədii ədəbiyyat, Uşaqların sevimli nağıl dünyası s. başlıqlı kitab sərgiləri ilə tanış olublar.

 

Regional idarənin rəisi Vüsal Hüseynov çıxışında bildirib ki, layihənin əsas məqsədi gənc nəslə vətənpərvərlik ruhunu aşılamaq, qədim adət-ənənələrimizi yaşatmaqdır.

 

Sonra tədbirdə mahnılar ifa edilib, vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

 

Folklor klubundakı özfəaliyyət dərnəyinin bir qrup üzvü və kitabxananın bir neçə fəal oxucusu fəxri fərmanla təltif edilib.

 

Mədəniyyət.- 2021.- 27 avqust.- S.4.