Əliağa Kürçaylının şeirləri Belarusun ədəbiyyat portalında

 

Belarusun populyarStihi.bu” ədəbiyyat portalında görkəmli Azərbaycan şairi Əliağa Kürçaylının (1928–1980) rus dilinə tərcümə olunmuş şeirləri dərc olunub. Portalda şairinEtiraf”, “Elə bil dəniz də insandır”, “Yoluma işıq çıxdı” şeirlərinə və yaradıcılığı haqqında məlumata yer ayrılıb.

 

Əliağa Kürçaylının yaradıcılığı Belarusun ədəbiyyat portalında təqdimatı Azərbaycan Dövlət Tərcümə Mərkəzinin dəstəyi ilə reallaşıb. Mərkəzdən bildirilib ki, şeirləri rus dilinə tanınmış tərcüməçi, mərhum şair Vladimir Qafarov tərcümə edib.

 

Qeyd edək ki, bu ildən fəaliyyətə başlamış portal öz səhifələrində əsasən müasir dünya poeziyası nümunələrini işıqlandırır.

 

Mədəniyyət.- 2021.- 27 avqust.- S.8.