Səbr etmək yaxşıdır boş əlləşməkdən...

 

Nizami Gəncəvinin Xəmsəsi dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Xəmsəyə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. Nizami Gəncəvi İli qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.

 

Nizami sözündən incilərdə dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.

 

Təmkinli oturmağı etdiyiçin dağ peşə,

Mötəbərdir yerində varlığıyla həmişə.

 

(Sirlər xəzinəsi)

 

Paxıllıq eyləsə dostuna hər kəs,

Onun yoldaşlığı torpağa dəyməz.

 

(XosrovŞirin)

 

Nə şəhvət, nə yuxu, nə də ki, yemək

Həyatın mənası olmasın gərək.

Yatmağı, yeməyi bu aləmdə sən,

Eşşək, öküzdə də görə bilərsən.

 

(Leyli və Məcnun)

 

İnsan etsə əgər bir işə vərdiş,

Çətin olsa belə, görülər bu .

 

(Yeddi gözəl)

 

İş düyün düşərsə, bunu bil ki, sən

Səbr etmək yaxşıdır boş əlləşməkdən.

 

(İsgəndərnamə İqbalnamə)

 

Çəkinək zülmdən, sitəmi ataq,

Ədl ilə mümkündür bundan qurtarmaq.

 

(İsgəndərnamə Şərəfnamə)

 

Mədəniyyət.- 2021.- 27 avqust.- S.7.