Fransa portalında Nizami Gəncəvi Beynəlxalq Forumu ilə bağlı yazılar

 

 

Fransanın “Musulmans en France” (musulmansenfrance.fr) xəbər portalında 24-26 noyabr tarixində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpümövzusunda beynəlxalq forumla bağlı məqalələr yayımlanıb.

Yazılarda dahi Azərbaycan şairinin 880 illiyinə həsr olunan forumla bağlı geniş məlumat verilir. Diqqətə çatdırılır ki, Nizami Gəncəvi Beynəlxalq Forumunda 15 xarici ölkədən 40-dan çox alimekspert iştirak edib, müxtəlif panel müzakirələr, kitab təqdimatı və digər tədbirlər təşkil olunub. Materiallarda həmçinin dahi şairin yaradıcılığı və fəaliyyəti haqqında da ətraflı məlumat verilib.

 

Mədəniyyət.- 2021.- 1 dekabr.- S.3.