Lüksemburq Beynəlxalq Bazarı”nda Azərbaycan stendi

 

Azərbaycan-Lüksemburq Ticarət Palatasının və bu ölkədə fəaliyyət göstərən “Qarabağ” Assosiasiyasının təşkilatçılığı ilə “Lüksemburq Beynəlxalq Bazarı”nda ölkəmiz böyük stendlə təmsil olunub.

Qala divarları formasında qurulmuşmilli ornamentlərlə bəzədilmiş stenddə ölkəmizin tarixi, mədəniyyəti, musiqisi, mətbəxi ilə bağlı nəşrlər nümayiş olunub və ziyarətçilərə hədiyyə edilib. Gün ərzində Azərbaycanı təmsil edən stenddə qurulmuş böyük ekranda mədəniyyətimizi təşviq edən video yayımlanıb.

Lüksemburq Beynəlxalq Bazarı”nda ziyarətçilərə “Made in Azerbaijanbrendi məhsulları, təravətli çaylar, meyvə şirələri, nar şirəsi, quru meyvələr təqdim olunub. Lüksemburqluların Milad bayramı ərəfəsində keçirilən bazardan yaxınları üçün hədiyyələr almaq imkanı olub.

Qeyd edək ki, ölkəmiz artıq yeddinci dəfə “Lüksemburq Beynəlxalq Bazarı”nda təmsil olunur. Multikulturalizm mühitində fəaliyyət göstərən bu bazar xeyriyyəçilik məqsədilə keçirilir, əldə edilən gəlir köməyə ehtiyacı olan ölkəyə verilir.

Azərbaycan stendi haqqında yerli RTL radiosunda da məlumat verilib.

 

Mədəniyyət.- 2021.- 1 dekabr.- S.8.