Vətən müharibəsinin şəhid pilotları ilə bağlı sərgi

 

Azərbaycan İstiqlal Muzeyində Vətən müharibəsi şəhidlərinin xatirəsinin anılması və vətənpərvərliyin təbliği məqsədilə həyata keçirilən “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə davam edir. Layihə çərçivəsində “Şahinlər” adlı növbəti tədbir-sərgi keçirilib.

Tədbirdə 44 günlük müharibədə şücaət göstərərək həlak olmuş hərbi pilotlarpolkovnik-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımov, mayor Abbas Qasımov, baş leytenant Xalid Gözəlov haqqında söhbət açılıb.

Sonra iştirakçılar sərgi ilə tanış olublar. Sərgidə şəhidlərimizin həyatının müxtəlif illərinə, xidməti fəaliyyətinə həsr olunan fotoşəkillər və şəxsi əşyaları nümayiş olunub.

Tədbirdə şəhid ailələri, Səbail rayonu Gənclər və İdman İdarəsinin əməkdaşı və fəal gəncləri, Dövlət Sərhəd Xidmətinin kursantları, “ASAN” könüllüləri iştirak edib.

Sərgi dekabrın 2-dək davam edəcək.

 

Mədəniyyət.- 2021.- 1 dekabr.- S.4.