Vətən fədailəri unudulmur

 

Lənkəran RMİ Lənkəran şəhər Mədəniyyət Mərkəzinin Göyşaban Kənd Yaradıcılıq evində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Sənan Ağazadə və Elməddin Məmmədlinin xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz!” mövzusunda xatirə gecəsi keçirilib. Şəhidlərin ailə üzvləri, Qarabağ müharibəsi qaziləri, təhsil və mədəniyyət müəssisələri nümayəndələrinin iştirak etdiyi tədbirdə yaradıcılıq evinin özfəaliyyət kollektivi ədəbi-bədii kompozisiya təqdim edib.

İsmayıllı RMİ Şamaxı rayon Mədəniyyət Mərkəzində Sevgili Xanəliyevanın 44 günlük Vətən müharibəsində şəhadətə yüksələn Şamaxı şəhidlərinin əziz xatirəsinə həsr olunan “Ab-ı həyat” adlı kitabının təqdimat mərasimi olub. Kitabda Şamaxı rayonundan olan 43 şəhid haqqında geniş məlumat yer alıb.

 

NURƏDDİN

Mədəniyyət.- 2021.- 10 dekabr.- S.4.