Poeziya dünyasının dahisi

   

Lənkəran RMİ Astara rayon Mərkəzi Kitabxanasında “Poeziya dünyasının dahisi” adlı tədbir keçirilib. Astara şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri Nizaminin əsərlərindən parçalar, hikmətli sözlərindən nümunələr səsləndiriblər.

Şəmkir RMİ Göygöl rayon Xaqani kənd Uşaq musiqi məktəbində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Konsert proqramında məktəbin şagirdləri dahi şairin əsərlərinə bəstələnmiş “Sevgili canan” və “Sənsiz” romanslarını ifa ediblər.

Xaçmaz Regional Mədəniyyət İdarəsi (RMİ) Xaçmaz şəhər Uşaq incəsənət məktəbinin təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. İdarə rəisi Vüsal Hüseynov, Xaçmaz RİH başçısının müavini Günel Nurəddinovanın iştirak etdiyi tədbirdə şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olunub. Məktəbin müəllim və şagirdləri Nizaminin lirikasından nümunələr söyləyiblər.

 

Mədəniyyət.- 2021.- 15 dekabr.- S.4.