Əbədiyaşar lider

 

 

Bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində də ulu öndər Heydər Əliyevin vəfatının 18-ci ildönümü münasibətilə müxtəlif tədbirlər keçirilib.

Sabirabad Regional Mədəniyyət İdarəsi (RMİ) Sabirabad rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə iştirakçılar tərəfindən Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı mərkəzdə nümayiş etdirilən eksponatlara baxış keçirilib. SondaBöyük ömrün anları” adlı qısametrajlı film nümayiş olunub.

Sumqayıt RMİ Sumqayıtın Tarixi Muzeyində keçirilən tədbirdə idarənin rəisi Rəşad Əliyev ulu öndərin mədəniyyət və incəsənətə verdiyi dəyərdən, sənət adamlarına göstərdiyi qayğıdan danışıb.

Kürdəmir RMİ Beyləqan rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişafKaryera Mərkəzi rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən elmi-praktik konfransdaUnudulmaz lider” sənədli filmi nümayiş olunub.

Masallı RMİ Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində “Böyük ömrün dastanı” adlı ədəbi-bədii kompozisiya təqdim edilib. Xalq şairi Zəlimxan Yaqubun ulu öndərə ithaf olunmuş poeması əsasında hazırlanmış kompozisiyada Xalq teatrının aktyorları və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri çıxış ediblər.

Şəki RMİ Şəki Heydər Əliyev Mərkəzində ulu öndərin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib, məktəblilər, tələbələr, ayrı-ayrı əmək kollektivləri üzvlərinin mərkəzə ekskursiyaları təşkil olunub. Balakən rayon Heydər Əliyev Mərkəzi və rayon Təhsil şöbəsinin birgə əməkdaşlığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Əbədi müstəqillik tarixi yazan lider” adlı şeir müsabiqəsi keçirilib. Qax rayon Heydər Əliyev Mərkəzində “Dahi şəxsiyyət” adlı sənədli film nümayiş olunub.

Xaçmaz RMİ Quba rayon MKS Mərkəzi Kitabxanasının Uşaq şöbəsində keçirilən anım tədbirində kitabxana əməkdaşları və Tələt Mikayılov adına şəhər 5 saylı tam orta məktəbin şagirdləri ulu öndərə həsr olunmuş şeirlər söyləyiblər.

İsmayıllı RMİ Qəbələ Dövlət Rəsm Qalereyasında “Sən uca bir zirvəsən” adlı sərgi təşkil olunub. Sərgidə gənc rəssamların əsərləri nümayiş etdirilib. Regional idarənin tabeliyində fəaliyyət göstərən bir sıra mədəniyyət müəssisələrində də tədbirlər keçirilib.

Şəmkir RMİ Göygöl rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə ulu öndərin zəngin həyat yolu, çoxşaxəli fəaliyyəti və Göygöl rayonuna etdiyi səfərlər haqqında məlumat verilib.

Ağdaş RMİ Ağdaş rayon Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən kitab sərgisi nümayiş olunub.

Ağstafa RMİ-nin əhatə etdiyi Qazax, AğstafaTovuz rayonlarında ulu öndərin abidəsi ziyarət edilib, Heydər Əliyev mərkəzlərində görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən kitablardan ibarət sərgi nümayiş olunub. Qazax Dövlət Rəsm Qalereyasında isə “Ulu öndərin ömür yolu Vətənə, xalqa xidmət nümunəsidir” başlığı altında sərgi təşkil edilib.

Gəncə RMİ Telman Hacıyev adına 2 nömrəli Uşaq musiqi məktəbinin müəllim kollektivi və şagirdləri Gəncə şəhər Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Ağcabədi RMİ-nin tabeliyində fəaliyyət göstərən bir sıra mədəniyyət müəssisələrində Heydər Əliyevin vəfatının 18-ci ildönümü münasibətilə tədbirlər təşkil olunub.

 

Mədəniyyət.- 2021.- 15 dekabr.- S.3.