Sərgi, görüşyubiley tədbirləri

 

Biləsuvar RMİ Neftçala Dövlət Rəsm Qalereyası Xalq rəssamı, professor Kamil Əliyevin 100 illik yubileyi ilə əlaqədar sərgi təşkil edib.

 

Ağdaş RMİ Göyçay şəhər Arif Məmmədov adına Uşaq musiqi məktəbində görkəmli bəstəkar, Xalq artisti Cahangir Cahangirovun (1921-1992) 100 illik yubileyinə həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib. Tədbirdə məktəbin müəllimlərdən ibarət xor kollektivinin ifasında bəstəkarın “Ana yurdum”, kvartetin ifasında “Bir ümman istə”, məktəbin xalq çalğı alətləri ansamblının müşayiəti ilə “Sevgilim, söyləmə vəfasız mənəm”, “Buludlar”, “Ay qız” və “Aylı gecələr” mahnıları ifa olunub.

 

Gəncə RMİ-də idarə rəisi Vasif Cənnətov Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovla görüşüb. Görüşdə Gəncədə yaşayıb-yaradan rəssam, heykəltəraş və dekorativ-tətbiqi sənət ustaları da iştirak ediblər.

 

Ağcabədi RMİ Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaradağlı kənd Mədəniyyət evində Xalq rəssamı Kamil Əliyevin (1921-2005) 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rəssamın həyat və yaradıcılığı haqqında məlumat verilib.

 

Şəki RMİ Oğuz rayon MKS-nin Qumlaq kənd kitabxana filialı və İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbinin təşkilatçılığı ilə Xalq şairi Ramiz Rövşənin 75 illiyi münasibətilə “Bir yox, minəm mən” adlı tədbir keçirilib. Kitabxananın oxucuları şairin “Nə var Allahdan yuxarı”, “Bu qatarın dalınca baxma”, “Qara paltarlı qadın”, “Yağış yuyur, gün qurudur”, “Dünya”, “Yıxılır” və “Çıxır” şeirlərini səsləndiriblər.

 

Ağstafa RMİ Ağstafa rayon MKS-nin Mərkəzi Kitabxanası isə Xalq şairinin yubileyi ilə əlaqədar “Ədəbiyyatımızın Ramiz Rövşən dövrü” başlıqlı tədbir təşkil edib. Tədbirdə şairə Şəfa Məmmədova və qiraətçi Tofiq Vəliyev Ramiz Rövşənin “Yağış yuyur, gün qurudur”, “Bir səhər yuxudan durub” və digər şeirlərini söyləyiblər.

 

Mədəniyyət.- 2021.- 17 dekabr.- S.4.