Kamil Əliyevin 100 illiyinə həsr olunmuş tədbir

 

 

Yardımlı rayon Heydər Əliyev Mərkəzində Xalq rəssamı Kamil Əliyevin 100 illiyi ilə bağlı  tədbir keçirildi. Mərkəzin əməkdaşlarının, Yardımlı rayon Peşə məktəbi kollektivinin iştirak etdikləri tədbirdə sənətkarın fəaliyyətindən söz açıldı.

 

Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev, elmi işçi Zeynəb Məmmədzadə və peşə məktəbinin direktoru Qabil Ağayev Azərbaycan incəsənətinə töhfələr vermiş xalçaçı rəssam Kamil Əliyevin həyatı və zəngin yaradıcılığı barədə danışdılar.  Kamil Əliyevin əsərlərinin Paris, London, Ankara, İstanbul, Moskva kimi şəhərlərin muzeylərində nümayiş olunduğu diqqətə çatdırıldı.

 

Tədbirdə Kamil Əliyevin əsərlərinin reproduksiyalar və sənətkarın gənc rəssam Kəmalə İbişli tərəfindən çəkilmiş portretinin yer aldığı sərgiyə baxış oldu. Xalq rəssamının həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.

 

Zəfər ORUCOĞLU

 

Mədəniyyət.- 2021.- 17 dekabr.- S.4.