Elçin Əzizov “Birlik ulduzları”nın laureatı olub

 

 

Məşhur vokalçı, Rusiya Böyük Teatrının solisti Elçin Əzizov “Birlik ulduzları” mükafatının 2021-ci il üzrə laureatı olub.

 

MDB-nin Humanitar Əməkdaşlıq Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən təsis edilmişBirlik ulduzları” mükafatı humanitar sahədə əldə edilən ən yüksək nailiyyətlərə görə verilən mükafatdır. Bu il 9 ölkənin nümayəndəsi bu mükafata layiq görülüb. Onların arasında Azərbaycanın Xalq artisti, Böyük Teatrın solisti, opera müğənnisi Elçin Əzizov, görkəmli şair, yazıçı, ictimai xadim Oljas Süleymenov (Qırğızıstan), MDBMİ-nin rektoru Anatoli Torkunov (Rusiya) və başqaları var.

 

Birlik ulduzları” və “Debütlər birliyi” mükafatları laureatlarına mükafatların təqdimetmə mərasimi dekabrın 21-də Moskvada keçiriləcək. DHƏF və MDB-nin Humanitar Əməkdaşlıq Şurası tərəfindən təsis edilən “Debütlər birliyi” gənclər mükafatı bu il 1941-1945-ci illər müharibəsində Qələbənin tarixinin yaşadılmasına yönəlmiş fəaliyyətə görə verilib.

 

Mükafatlandırma hibrid formatda keçiriləcək. Ayrı-ayrı ölkələrdən laureatlar mərasimə onlayn qatılacaqlar. Onların şərəfinə səhnədə Rusiyanın Xalq artisti Sergey Skripkanın rəhbərliyi ilə MDB-nin Gənclər Simfonik Orkestri çıxış edəcək.

 

Mədəniyyət.- 2021.- 17 dekabr.- S.8.