Xalçalarda yaşanan ömür

 

 

Masallı Regional Mədəniyyət İdarəsi (RMİ)Masallı rayon Heydər Əliyev Mərkəzi və rayon Tarix-Diyarşünaslıq Muzeyində də Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlər keçirilib. Çıxış edənlər xalçaçı rəssamın ömür və sənət yolu haqqında fikirlərini bölüşüblər.

Lənkəran RMİ Astara rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalça rəssamlığı sənətinin nümayəndəsi, Xalq rəssamı, professor Kamil Əliyevin (1921-2005) anadan olmasının 100 illik yubileyinə həsr olunmuşXalçalarda yaşanan ömürmövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən mərkəzin direktoru Kübra Səmədova Kamil Əliyevin öz yaradıcılığı ilə Azərbaycan xalça sənətinə böyük töhfələr bəxş etdiyini bildirib. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzi və Astara Dövlət Rəsm Qalereyasının birgə təşkil etdiyi sərgi ilə tanış olublar.

Xaçmaz RMİ Xaçmaz Xalça Muzeyində professor Kamil Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbirdə Xaçmaz şəhər Uşaq incəsənət məktəbi Rəssamlıq şöbəsinin müəllim və şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

 

Mədəniyyət.- 2021.- 22 dekabr.- S.4.