Xalq teatrının “Nizami dünyası”

 

 

Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının səhnəsində “Nizami dünyası” adlı musiqili ədəbi-bədii kompozisiya nümayiş olunub. Rejissor Cəmaləddin Əliyevin quruluş verdiyi ədəbi-bədii kompozisiya Xalq teatrının və Masallı Dövlət Regional Kollecinin birgə layihəsidir.

Tamaşadan əvvəl çıxış edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz QafarovaNizami Gəncəvi İli” çərçivəsində keçirilən tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını diqqətə çatdırıblar.

Sonra kompozisiya nümayiş olunub.

SondaNizami ili”ndə keçirilmiş mədəniyyət tədbirlərində fəal iştirak edən tələbələrə regional idarənin təşəkkürnamələri təqdim olunub.

 

Mədəniyyət.- 2021.- 24 dekabr.- S.5.