Konsert, konfrans, tamaşa, sərgi...

 

Şəki RMİ Balakən rayon Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinə ulu öndərin zəngin siyasi irsinin öyrədilməsi məqsədilə keçirilən dərslərin birinci mərhələsi başa çatıb. Mərkəzlə rayon Təhsil Şöbəsi arasında imzalanan müqaviləyə əsasən, bu ilin sentyabr-dekabr aylarında təşkil olunan dərslərdə 35 tam orta məktəbdən 737 şagird iştirak edib.

Ağstafa RMİ Qazax Dövlət Rəsm Qalereyasında Xalq rəssamı Kamil Əliyevin 100 illiyi ilə bağlı “Azərbaycan xalçaçılıq sənətinin kamillik zirvəsində” adlı rəsm sərgisi təşkil edilib.

Lənkəran RMİ Astara rayon Heydər Əliyev Mərkəzində “Dünyada Azərbaycanın tolerantlıq modelimövzusunda konfrans keçirilib. Konfransda Astara RİH başçısının müavini Firəngiz Sadıxova, Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov və başqaları mövzu ilə bağlı çıxış ediblər. Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin istehsalı olanBiz birlikdə güclüyük” sənədli filmi nümayiş olunub.

Sumqayıt RMİ Xızı rayon Heydər Əliyev Mərkəzində “Günəşim” kukla teatrının “Tıq-tıq xanım” tamaşası nümayiş olunub. Xızı rayon Cəfər Cabbarlı adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə hazırlana tamaşanın Vətən müharibəsi şəhidlərinin övladları izləyiblər. Səhnə işi balacaların marağına səbəb olub.

İsmayıllı RMİ Qəbələ Dövlət Rəsm Qalereyasında Xalq rəssamı Mikayıl Abdullayevin 100 illiyilə əlaqədar “Rənglərin dünyası” adlı sərgi keçirilib. Sərgidə tanınmış rəssamların qalereyanın fondunda saxlanılan müxtəlif janrtexnikalarda işlənmiş rəsm əsərləri nümayiş olunub.

Sabirabad RMİ Hacıqabul şəhər Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun (1937- 2000) yaradıcılığına həsr olunmuş sənətkarın əsərlərindən ibarət konsert proqramı təqdim edilib. Konserti Sabirabad RMİ-nin rəisi Fərid Qurbanzadə, rayonun bir sıra idarə və müəssisələrinin rəhbərləri, mədəniyyət işçiləri və digər qonaqlar izləyiblər.

 

Mədəniyyət.- 2021.- 24 dekabr.- S.3.