Teatr Muzeyində uşaqlar üçün ustad dərsi

 

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Yeni il bayramı ərəfəsində ənənəvi olaraq uşaqlar üçünŞam ağacını özün bəzə” adlı ustad dərsi təşkil olunub.

Muzeydən bildirilib ki, dərsdə iştirak edən uşaqlar öz əlləri ilə müxtəlif Yeni il atributları – oyuncaqlar, çələnglər və hörüklər hazırlayıblar.

Daha sonra onlar muzey əməkdaşları tərəfindən hazırlanmış əyləncəli intellektual oyunlarda iştirak ediblər.

Sonda iştirakçılara muzey tərəfindən hədiyyələr təqdim olunub.

Ustad dərsi COVİD-19 pandemiyası ilə əlaqədar məhdud sayda auditoriya ilə keçirilib, müvafiq karantin qaydalarına əməl edilib.

 

Mədəniyyət.- 2021.- 24 dekabr.- S.7.