Toplantılar, yubiley bayram tədbirləri

 

 

Ağdaş RMİ Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ələsgər QurbanovunAyı balasının qoçaqlığıəsərinin motivləri əsasında səhnələşdirilmiş, Mirzə Nicatın quruluş verdiyiPələng balasının qış nağılıadlı uşaq tamaşası nümayiş etdirilib. Mingəçevir Dövlət Dram Teatrı aktyorlarının iştirak etdiyi tamaşa uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.

 

Ağcabədi RMİ Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində Fransanın azərbaycanlı Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılovun (1920-1994) anım günü münasibətilə “Biz sizdən öyrəndik qəhrəmanlığıadlı tədbir keçirilib. Tədbirdə əfsanəvi partizan haqqında videoçarx göstərilib, məktəblilər Vətənə, qəhrəmanlığa aid şeirlər söyləyiblər.

 

Kürdəmir RMİ Beyləqan rayon Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü Yeni il münasibətilə şəhid övladları üçünMənim atam qəhrəmandıradlı bayram tədbiri keçirilib. Beyləqan rayon Mədəniyyət Mərkəzinin Xalq teatrı aktyorlarının hazırladıqlarıNənənin nağılları”, “Dovşanın sərgüzəştləri vətənpərvərlik mövzusunda səhnəciklər uşaqların sevincinə səbəb olub.

 

Bərdə RMİ Mingəçevir şəhər Uşaq incəsənət məktəbində şəhid ailələrinin övladları üçün bayram şənliyi keçirilib. Tədbir müxtəlif cizgi film personajlarının və şən klounların rəngarəng çıxışları ilə yadda qalıb.

 

Sumqayıt RMİ Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 31 DekabrDünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə şəhid və qazi övladları üçün bayram şənliyi təşkil olunub.

 

Gəncə RMİ Gəncə şəhər F.Əmirov adına 1 nömrəli Uşaq musiqi məktəbində keçirilən bayram tədbirində məktəbin Nəzəriyyə şöbəsinin müəllim və şagirdləri tərəfindən səhnəcik, mahnı və rəqslər təqdim edilib.

 

Masallı RMİ-də 2021-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. İdarənin məsul əməkdaşlarının və mədəniyyət müəssisələrinin rəhbər işçilərinin iştirak etdiyi iclasda il ərzində görülmüş işlər müzakirə edilib, növbəti il üzrə əsas prioritetlər müəyyən olunub.

 

İsmayıllı RMİ Ağsu rayon Mədəniyyət evinin təşkilatçılığı ilə “Sazlı-sözlü Dədə Ələsgər” adlı tədbir keçirilib. Sənətkarın 200 illiyinə həsr olunan tədbirdə ustadın şeirlərindən nümunələr səsləndirilib, Aşıq Ələsgərin sözlərinə yazılmış mahnılar və aşıq havaları ifa olunub.

 

Biləsuvar RMİ Biləsuvar rayon Heydər Əliyev Mərkəzində xalçaçılıq sənəti ilə maraqlananlar üçün ustad dərsləri keçirilib. Tədbirdə çıxış edən idarə rəisi Əlisultan Sadıxov xalçaçılıq sənətinin xalqımızın mənəvi irsinin formalaşmasında əhəmiyyətli rol oynadığını bildirib.

 

Ağstafa RMİ Tovuz rayon Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuşGücümüz birlikdədir” adlı bayram tədbiri keçirilib. Müəllim və şagirdlərin ifasında konsert proqramı maraqla qarşılanıb.

 

 

 

Mədəniyyət.- 2021.- 29 dekabr.- S.3.