2021-ci ildə qalanlar...

 

 

Bu il mədəniyyət, ədəbiyyat, incəsənət adına itkilərimiz də oldu. Ömür yolu 2021-də bitənləri xatırlayaq...

 

4 yanvar – Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Ağabala qız Mirməmmədli (23.5.1961 – 2021).

 

12 yanvar – Əməkdar artist, Akademik OperaBalet Teatrının keçmiş solisti İsmayıl Ələkbərov (14.9.1939 – 2021).

 

21 yanvar – Əməkdar mədəniyyət işçisi, dublyaj rejissoru Arif İzzət oğlu Həbibi (1.6.1943 – 2021).

 

10 fevralƏməkdar artist, aktyor Əlican Süleyman oğlu Əzizov (13.2.1952 – 2021).

 

20 fevralƏməkdar rəssam, Şəki Dövlət Dram Teatrının baş rəssamı işləmiş Qüdrət Hacıbəy oğlu Məmmədov (12.12.1936 – 2021).

 

22 fevralXalq artisti, tanınmış müğənni Yalçın İmran oğlu Rzazadə (15.12.1939 – 2021).

 

7 martƏməkdar mədəniyyət işçisi, Bakı Dövlət Sirkinin direktoru Vaqif Mahmud oğlu Bağırzadə (24.6.1954 – 2021).

 

9 martrəssam, Dövlət Rəssamlıq Akademiyasının dosenti Salar Məmmədov (1940-2021).

 

10 martXalq rəssamı Mirnadir Mirəli oğlu Zeynalov (12.11.1942 – 2021).

 

16 martyazıçı-publisist, filologiya elmləri doktoru Teymur Əkbər oğlu Əhmədov (25.12.1930 – 2021).

 

21 martXalq artisti, aktyor Ramiz Soltan oğlu Məmmədov (26.9.1951 – 2021).

 

5 aprelXalq artisti, gitara ifaçısı Rafiq (Rəmiş) Hüseyn oğlu Hüseynov (14.11.1944 – 2021).

 

5 aprelaktyor Fikrət Əli oğlu Məmmədov (1.1.1956 – 2021).

 

6 aprelƏməkdar mədəniyyət işçisi, teatr xadimi  Həsən Nəsib oğlu Həsənov (7.7.1950 – 2021).

 

6 aprelƏməkdar incəsənət xadimi, tarzən, Oqtay Süleyman oğlu Quliyev (22.9.1938 – 2021).

 

8 aprelƏməkdar incəsənət xadimi, televiziya rejissoru Məhərrəm Əlisəftər oğlu Bədirzadə (13.1.1945 – 2021).

 

12 aprelƏməkdar mədəniyyət işçisi, “İrsfolklor ansamblının bədii rəhbəri olmuş Sidqi Mustafayev (24.2.1941 – 2021).

 

14 aprelfilologiya elmləri doktoru, mədəniyyət xadimi Adilxan Hüseynəli oğlu Bayramov (19.2.1949 – 2021).

 

15 aprelƏməkdar mədəniyyət işçisi, tarixçi, arxeoloq Kamil Fərhad oğlu İbrahimov (6.8.1962 – 2021).

 

16 aprelXalq artisti, görkəmli kinorejissor, ssenarist, pedaqoq, Dövlət mükafatı laureatı Eldar Tofiq oğlu Quliyev (18.1.1941 – 2021).

 

21 aprelGənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Novruzəli oğlu Qurbanəliyev (23.3.1948 – 2021).

 

26 aprelƏməkdar artist, müğənni Baloğlan Xanoğlan oğlu Əşrəfov (8.10.1951 – 2021).

 

5 may – Xalq şairi, Yazıçılar Birliyinin birinci katibi, Dövlət mükafatı laureatı Fikrət Göyüş oğlu Qoca (25.8.1935 – 2021).

 

7 may – Xalq artisti, aktyor Arif Əli oğlu Quliyev (16.5.1950 – 2021).

 

7 may – Xalq şairi Musa Səfiməmməd oğlu Yaqub (10.5.1937 – 2021).

 

10 may – tanınmış rəssam Eldar Zeynalov (1961-2021).

 

20 may – Əməkdar artist, rəqqas Qorxmaz Ağababaoğlu Qurbanov (18.7.1940 –2021).

 

21 may – Azərbaycanın SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatları laureatı, Tahir Teymur oğlu Salahov (28.11.1928 – 2021).

 

25 may – Əməkdar müəllim, G.Şaroyev adına 35 saylı Musiqi məktəbinin direktoru Yusif Boran oğlu Vəliyev (15.8.1952 – 2021).

 

28 may – Əməkdar artist, müğənni Zöhrə Abdulla qızı Abdullayeva (16.12.1952 – 2021).

 

9 iyunXalq artisti, aktyor, kinorejissor Ramiz Hacıağa oğlu Əzizbəyli (20.7.1948 – 2021).

 

12 iyunakademik, tarixi mədəni irsimizlə bağlı kitabların müəllifi Çingiz Oveys oğlu Qacar (6.6.1929 – 2021).

 

22 iyunkinorejissor, rəssam Çingiz Rəsulzadə (20.2.1972 – 2021).

 

4 iyularxeoloq, tarix elmləri doktoru Rauf Maqomedoviç Munçayev (23.9.1928 – 2021).

 

18 iyultanınmış publisist, uzun illərMədəniyyətqəzetinin yazarı olmuş Tahir Heydər oğlu Abbaslı (25.9.1948 – 2021).

 

20 iyulƏməkdar mədəniyyət işçisi, Zemfira Baba qızı Babayeva (17.11.1954 – 2021).

 

24 iyulXalq artisti, müğənni Səməd Səmədov (17.9.1946 – 2021).

 

13 avqustXalq artisti, aktyor Vaqif Məzahir oğlu Əliyev (31.7.1940 – 2021).

 

31 avqustAzərbaycanın Əməkdar artisti, Rusiyanın Xalq artisti Tamilla Mirsüca qızı Ağamirova (21.8.1928 – 2021).

 

31 avqustşair, ssenarist Əhməd Oğuz (Əhməd Musa oğlu Kərimov; 13.11.1961 – 2021).

 

3 sentyabrXalq rəssamı, heykəltəraş Arif Şamil oğlu Qazıyev (2.1.1937 – 2021).

 

4 sentyabrƏməkdar mədəniyyət işçisi, Nairə Hafiz qızı Sadıxova (21.7.1964 – 2021).

 

14 sentyabrƏməkdar artist, müğənni, bəstəkar Yaqub Zurufçu (8.4.1956 – 2021).

 

15 sentyabrƏməkdar artist, arfa ifaçısı Çiçək Məmmədhüseyn qızı Rzayeva (13.6.1944 – 2021).

 

16 sentyabrƏməkdar mədəniyyət işçisi, dirijor Nizami Tahir oğlu Məmmədov (21.9.1947 – 2021).

 

26 sentyabrƏməkdar elm xadimi, tanınmış filosof alim Zümrüd Əliqulu qızı Quluzadə (17.3.1932 – 2021).

 

26 sentyabrƏməkdar incəsənət xadimi, bəstəkar Adil Musa oğlu Bəbirov (15.2.1934 – 2021).

 

26 sentyabrXalq artisti, müğənni, “Qayakvartetinin bədii rəhbəri olmuş Teymur İbrahim oğlu Mirzəyev (1936–2021).

 

30 sentyabrAzərbaycan Özbəkistanın Əməkdar artisti Kövkəb Əliyeva (1935–2021).

 

30 sentyabrtanınmış müğənni Səyyad Əşrəf oğlu Əlizadə (6.8.1958 – 2021).

 

5 oktyabrXalq artisti, Gəncə Dövlət Dram Teatrının rejissoru Vaqif Abdulla oğlu Şərifov (12.8.1943 – 2021).

 

7 oktyabrƏməkdar rəssam, heykəltəraş Namiq Əbdülxalıq oğlu Dadaşov (27.11.1945 – 2021).

 

8 oktyabrXalq artisti, teatr rejissoru Ağakişi Şəmməd oğlu Kazımov (28.6.1935 – 2021).

 

22 oktyabrXalq artisti, xanəndə, opera müğənisi Canəli Xanəli oğlu Əkbərov (10.3.1940 – 2021).

 

8 noyabrtanınmış rəssam Abbas Ələsgər oğlu Kazımov (1.1.1956 – 2021).

 

9 noyabrƏməkdar artist, tarzən, pedaqoq Firudin Yusif oğlu Ələkbərov (20.6.1921 – 2021).

 

13 noyabrƏməkdar memar, Dövlət mükafatı laureatı Rasim Həsən oğlu Əliyev (16.7.1934 – 2021).

 

16 noyabrƏməkdar artist, tanınmış aktyor Məcnun Salam oğlu Hacıbəyov (5.10.1935 – 2021).

 

16 noyabrtanınmış heykəltəraş, Ukraynanın Xalq rəssamı Seyfəddin Əli oğlu Qurbanov (19.10.1962 – 2021).

 

22 noyabrƏməkdar incəsənət xadimi, bəstəkar Sultanova Asya Baxış qızı (16.10.1923 – 2021).

 

2 dekabrƏməkdar mədəniyyət işçisi Gülnar Ələkbər qızı Əliyeva (29.8.1945 – 2021).

 

6 dekabrtarix üzrə elmlər doktoru Aydın Hüseynağa oğlu Balayev (19.11.1956 – 2021).

 

7 dekabrdilçi alim, filologiya elmləri doktoru Qara İbrahim oğlu Məşədiyev (15.5.1939 – 2021).

 

8 dekabrtarixçi, AMEA-nın müxbir üzvü Fəridə Cəfər qızı Məmmədova (8.8.1936 – 2021).

 

20 dekabrƏməkdar artist, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Şıxəli oğlu Şirəliyev (2.10.1962 – 2021).

 

25 dekabr   İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Məmməd Eldəniz oğlu Zeynalov (1978-2021).

 

26 dekabryazıçı-publisist, Əməkdar jurnalist Əhməd Məmməd oğlu İsayev (30.8.1941 – 2021).

 

27 dekabrƏməkdar artist, aktyor, rejissor Zilli Yunus oğlu Namazov (15.10.1951-2021).

 

Xatırladı: V.Orxan

 

Mədəniyyət.- 2021.- 29 dekabr.- S.6.