Nizamibaleti yenidən səhnəyə qoyulacaq

 

2021-ci ilinNizami Gəncəvi İlielan edilməsi ilə bağlı teatr-konsert müəssisələrində də müxtəlif layihə və tədbirlər hazırlanır. Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun “Nizamibaleti bu il yenidən səhnəyə qoyulacaq.

Layihənin təşəbbüsçüsü və rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Akif Məlikov, musiqi rəhbəri teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyev, libretto müəllifi Əjdər Ulduz, quruluşçu baletmeysteri Xalq artisti Kamilla Hüseynova, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.

OperaBalet Teatrından verilən məlumata görə, hazırda yaradıcı qrup quruluş üzərində işləyir: dramaturjimusiqi materialı üzərində son redaktə işləri həyata keçirilir, tamaşanın dekorasiyakostyum eskizləri hazırlanır, sxematik xoreoqrafik kompozisiyası müəyyən olunur, rol bölgüsü aparılır. Baletin yeni quruluşunun bu ilin yazında tamaşaçılara təqdim edilməsi nəzərdə tutulub.

 

Mədəniyyət.- 2021.- 3 fevral. S. 5.