Milli Xalça Muzeyinə ekskursiyalar

 

Xəbər verdiyimiz kimi, sərtləşdirilmiş karantin rejimi üzrə bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı yanvarın 25-dən muzey və sərgi zallarının da fəaliyyəti bərpa olunub.

Azərbaycan Milli Xalça Muzeyibu müəyyən fasilədən sonra ziyarətçiləri qəbul etməyə başlayıb.

Milli Xalça Muzeyi ilə birgə layihə çərçivəsində Bakı Avropa liseyinin şagirdləri üç gün ərzində qruplar şəklində muzeyin ekspozisiyası ilə tanış olublar. Şagirdlərə muzeyin Uşaq şöbəsinin əməkdaşları tərəfindən ustad dərsləri keçirilib.

Sumqayıt şəhər 28 nömrəli orta məktəbin şagirdləri də muzeyə ekskursiya ediblər.

Xalça Muzeyi həftə içi hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir.

 

Mədəniyyət.- 2021.- 3 fevral. S, 5.