Müasir musiqi təhsilində elmin rolu

Beynəlxalq onlayn konfransda müzakirə olunub

 

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Şifahi ənənəli Azərbaycan professional musiqisi onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya akustika elmi tədqiqat laboratoriyası N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin Musiqi kompüteri texnologiyaları elmi laboratoriyası ilə birgə Müasir musiqi təhsilində elmin rolu adlı beynəlxalq onlayn konfrans keçirib.

Konfransın aparıcısı laboratoriyanın elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyeva əvvəlcə musiqişünaslıqda müasir elmi araşdırmalarla müasir musiqi təhsili arasında əlaqədən danışıb. Diqqətə çatdırıb ki, Müasir musiqi təhsili beynəlxalq konfransı ənənəvi olaraq hər il Sankt-Peterburqda keçirilir. Budəfəki, sayca 19-cu konfrans bu il Azərbaycanda xüsusi seksiya (Azərbaycanda müasir musiqi təhsili: yaradıcılıq, elm, texnologiyalar adı altında) ilə təqdim olunur:

Onlayn konfransda BMA-nın elmi yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor G.Abdullazadə, Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq münasibətlər şöbəsinin müdiri, Əməkdar incəsənət xadimi C.Səlimxanov, BMA-nın Şifahi ənənəli Azərbaycan professional musiqisi onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya akustika elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru N.İsmayılzadə, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Musiqinin tarixi nəzəriyyəsi kafedrasının müdiri, professor K.Dadaşzadə, A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin Musiqi kompüteri texnologiyaları elmi laboratoriyasının müdiri, professor İ.V.Vorontsova, N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının professoru M.S.Zalivadnı, Belarus Dövlət Musiqi Akademiyasının İnformasiya texnologiyaları şöbəsinin müdiri N.S.Şuşkeviç başqaları iştirak ediblər.

Qeyd edək ki, Ü.Hacıbəyli adına BMA-nın Şifahi ənənəli Azərbaycan professional musiqisi onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya akustika elmi tədqiqat laboratoriyası A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin Musiqi kompüteri texnologiyaları elmi laboratoriyası ilə əməkdaşlıq edir.

Konfransda Azərbaycan alimlərinin məruzələri böyük maraq doğurub diskussiyalara səbəb olub. Gələcəkdə elmi əlaqələrin davam etdirilməsi və birgə seminarların keçirilməsinə dair təkliflər səslənib.

 

Mədəniyyət.- 2021.- 3 fevral. S. 5.