Azərbaycan naminə yorulmadan çalışmaq

Azərbaycanda 2 fevral Gənclər Gününün təsis olunması ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət qayğının bir nümunəsi idi. Dövlətimizin gənclərə qayğısı, etimadı nəticəsində bu gün ölkəmizdə intellektual, savadlı, hərtərəfli biliyə malik olan yeni gənc nəsil yetişməkdədir.

Bu gün Azərbaycan gənclərinin qarşısında duran əsas vəzifələrdən biri elmin, təhsilin inkişafında səmərəli fəaliyyət göstərmək, ölkəmizin beynəlxalq arenada layiqincə tanınması siyasi, iqtisadi yüksəlişi naminə bütün bacarıq imkanlardan istifadə edərək yorulmadan çalışmaqdır.

Ölkə Prezidenti İlham Əliyev tərəfindən gənclər üçün yaradılan geniş imkanlar onların özlərini cəmiyyətdə təsdiq etməsi üçün mühüm zəmindir. Dövlət başçısı İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm əlamətdar qərarlardan biri ölkədə ilk dəfə УGənclər üçün Prezident mükafatıФnın təsis edilməsidir. Gənclərin bütün sahələrdə fəal iştirakına şərait yaradılır; gənc mütəxəssislərin işlə təminatı digər sosial-iqtisadi problemləri həll edilir.

Bakı Xoreoqrafiya Akademiyasında da gənclərin elmi, yaradıcı mədəni fəaliyyətlərinin genişləndirilməsi daim diqqət mərkəzindədir. Akademiyanın rektoru, professor Timuçin Əfəndiyev tərəfindən gəncləri yeni-yeni nailiyyətlər əldə etməyə sövq etmək, onların səmərəli fəaliyyət göstərməsi üçün şərait yaradılıb.

Əziz gənclər, bayramınız mübarək!

 

Vəfa GÖVHƏR

Bakı Xoreoqrafiya Akademiyasının mətbuat katibi

Mədəniyyət.- 2021.- 3 fevral. S. 5.