Qarabağ mədəniyyətin beşiyidir” – Gənclər Kitabxanasının layihəsi

 

Respublika Gənclər Kitabxanası, fəaliyyətini mövcud karantin şərtlərinə uyğun quraraq, oxuculara müxtəlif virtual layihələr təqdim edir. Onların xarici dillərdə hazırlanan materiallar da var.

Kitabxananın “Qarabağ mədəniyyətin beşiyidir” adlı yeni layihəsində də xarici dildə materiallar yer alacaq.

Layihənin ingilis dilində ilk videoçarxında Azərbaycanının füsunkar gözəlliyə, nadir təbiətə, qədim mədəniyyətə malik Qarabağ torpağı haqqında məlumat verilir.  Videoçarxda Qarabağ mədəniyyətinin bütün sahələri – xalçaçılıq, dəmirçilik, zərgərlik, kulinariya və s. haqqında bəhs edilir. Qarabağda teatr sənəti, memarlıq, təsviri sənət nümunələrinə dair  maraqlı faktlar səsləndirilir.  Vurğulanır ki, Qarabağ mədəniyyəti zənginliyi və bənzərsizliyi ilə Azərbaycan mədəniyyətinin aparıcı və ayrılmaz hissəsi olub və bundan sonra da olacaq.

Kitabxananın “İnstagram”  səhifəsində yerləşdirilən videoçarx xeyli izlənmə və bəyənmə sayı toplayıb.

İstifadəçilər videomateriala aşağıdakı link vasitəsilə baxa bilərlər:

 

Mədəniyyət.- 2021.- 3 fevral. S. 6.