İspaniya jurnalında Nizami Gəncəvi haqqında məqalə

 

İspaniyanın mədəniyyət sahəsində ixtisaslaşanPatrimonio Actualelektron jurnalında Nizami Gəncəvi haqqında məqalə dərc olunub. Məqalədə dahi Azərbaycan şairi və mütəfəkkirinin həyat və yaradıcılığından geniş bəhs olunur.

Məqalədə Nizami Gəncəvinin yubileylərinin ölkəmizdə hər zaman təntənə ilə keçirildiyi, Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyevin Nizami irsinə xüsusi diqqət yetirdiyi qeyd olunur. Ulu öndərin təşəbbüsü ilə 1981-ci ildə Nizaminin 840 illik yubiley mərasimlərinin Azərbaycanın mədəni həyatının əlamətdar hadisəsinə çevrildiyi diqqətə çatdırılır.

Vurğulanır ki, qüdrətli sözfikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyevin sərəncamına əsasən, 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İlielan edilib.

Mədəniyyət.- 2021.- 3 fevral. S. 8.