Vaqif Səmədoğlunun şeirləri Türkiyənin ədəbiyyat portalında

 

Türkiyənin populyar erikagacioyku.com ədəbiyyat portalı Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə layihəsi çərçivəsində Xalq şairi Vaqif Səmədoğlunun türkcəyə çevrilmiş Son nəfəsdə arınan günah kimi, Son gecədir bu gün yenə şeirlərinə və şairin yaradıcılığı haqqında məlumata yer ayırıb.

 

2015-ci ildən fəaliyyət göstərən portal ötən ilin iyun ayından Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan ədəbiyyatı bölməsinin yayımına başlayıb.

 

Portalda Vaqif Səmədoğlu haqqında səhifəyə keçid:

 

https://erikagacioyku.com/2021/02/04/vagif-sametoglu-1939-2015/

 

 

Mədəniyyət.- 2021.- 12 fevral.- S.7.