Azərbaycan əsilli fransız aktyorla gecikmiş vida mərasimi

Parisin Sən-Sülpis (Saint-Sulpice) kilsəsində Azərbaycan əsilli fransız rejissoraktyor Robert Hosseinlə (Rober Osseyn) vida mərasimi keçirilib.

 

Vida mərasimində Fransanın birinci xanımı Brijit Makron, mədəniyyət naziri Rozelin Başlo, sabiq mədəniyyət naziri Cak Land, məşhur aktrisalar İzabel Acani, Brijit Bardo, aktyor Jak Veberbaşqa incəsənət xadimləri iştirak ediblər.

 

Vida mərasimində iştirak edənlər Robert Hosseinlə bağlı xatirələrini bölüşüb, onun istedadından söz açıb və sənətkarın ailə üzvlərinə başsağlığı veriblər.

 

Sənətkarın oğlu Pyer Hossein atasının çox sevib rəğbət bəslədiyi tarda ifa edərək onun xatirəsinə ehtiramını bildirib. İkinci oğlu Jülyən Hossein isə atasının xatirəsinə Sevgi heç vaxt tükənmir mətnini səsləndirib. Robert Hosseinin həyat yoldaşı Kandis Patu yazıçı Frederik Dardın aktyora 1976-cı ildə ünvanladığı məktubu oxuyub.

 

Robert Hossein 2020-ci il dekabrın 30-da, 93 yaşında vəfat edib. Onun koronavirusa tutularaq xəstəxanada dünyasını dəyişdiyi bildirilmişdi.

 

Rəsmi vida mərasiminin bu qədər gecikməsi barədə açıqlama verilməsə , bunun pandemiya Parisdə tətbiq edilən karantin rejimi epidemioloji qaydalarla bağlı olduğunu düşünmək olar.

 

Robert Hossein 1927-ci il dekabrın 30-da Parisdə doğulmuşdu. Atası skripka ifaçısı bəstəkar Əminulla Hüseynov (Fransaya mühacirət etdikdən sonra Andre Hossein) sovetləşmə zamanı, 1921-ci ildə Almaniyaya mühacirət etmiş, Berlin Konservatoriyasında təhsil almışdı. Almaniyada Anna Minkovskaya ilə evlənmiş, sonra gənc ailə Fransaya köçmüşdü.

 

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan əsilli rejissoraktyorun vəfatı ilə bağlı Robert Hosseinin ailəsinə başsağlığı vermişdilər.

 

Mədəniyyət.- 2021.- 12 fevral.- S.8.