Nizami dühası Qarayev musiqisinin sehri

 

Yeddi gözəlbaleti Moskvada yeni quruluşda təqdim olunub

 

Xəbər verdiyimiz kimi, Moskva vilayəti Dövlət Akademik Balet Teatrı dahi Azərbaycan bəstəkarı Qara QarayevinYeddi gözəlbaletini təqdim edib. Tamaşa Moskva Quberniya Teatrının səhnəsində nümayiş etdirilib.

 

Balet Qara Qarayevin anadan olmasının 103-cü ildönümü Nizami Gəncəvinin 880 illiyi münasibətilə tamaşaçılara yeni quruluşda təqdim olunub. Məşhur baletmeysterlər, Azərbaycanın Xalq artistləri Rəfiqə Axundova Maqsud Məmmədovun redaksiyası əsasında səhnələşdirilən tamaşanın yeni quruluşu Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının keçmiş solisti, Azərbaycanın Rusiyanın Əməkdar artisti, “Russkiy baletTeatrının baletmeysteri Vitali Axundova məxsusdur.

 

Russkiy baletTeatrı bədii rəhbərinin köməkçisi Viktoriya Axundova teatrın solistlərininYeddi gözəlbaletində obrazları sevə-sevə ifa etdiklərini bildirib. Rusiya tamaşaçıları da görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin dahi Nizaminin poeması əsasında yaratdığı baleti heyranlıqla izləyiblər.

 

Beynəlxalq müsabiqələr laureatları Dmitri Kotermin, Yulia Zvyagina, Mstislav Arefiyev, Vladimir Mineyev, Valeria Vasilyevanın çıxış etdikləri balet Moskva Quberniya Teatrının səhnəsində martın 30-da bir daha nümayiş etdiriləcək.

 

Mədəniyyət.- 2021.- 12 fevral.- S.1.