Nizami Gəncəvinin əsərləri təsviri sənətdə”

  

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilən “Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” adlı respublika elmi konfransına tezislərin qəbulu davam edir.

 

Dövlət Rəsm Qalereyasından bildirilib ki, konfrans mədəniyyətin müxtəlif sahələri üzrə mütəxəssislərin, tədqiqatçıların, eləcə də yeni mövzuların və tədqiqatların aşkara çıxarılması məqsədilə təşkil olunacaq.

 

Sənətşünaslar, tədqiqatçılar və tələbələr elmi konfransda iştirak edə bilərlər. İştirak etmək istəyənlər tezislərini mayın 31-dək resmqalereya@gmail.com  elektron ünvanına göndərə bilərlər.

 

Mədəniyyət.- 2021.- 17 fevral.- S.2.