Beynəlxalq konfransda qurama sənəti haqqında məruzə

 

İçərişəhər Muzey Mərkəzinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Günay Həsənova Ankarada keçirilən Hoca Ahmet Yesevi 4-cü Beynəlxalq elmi araşdırmalar konfransında Azərbaycan evlərinin daxilinin bəzədilməsində qurama tikmələrindən istifadə mövzusunda videoməruzə ilə çıxış edib.

 

Məruzədə XIX-XX əsrin əvvəllərində Azərbaycan xalq yaşayış evlərinin daxili quruluşunun bəzədilməsi zamanı istifadə olunan qurama tikmələri, onların etnoqrafik təyinatı, eləcə də arxeoloji tədqiqatlar əsasında bədii tikmənin yaranmasının tarixi, ölkənin müxtəlif regionlarında quramanın istifadəsi barədə maraqlı məlumatlar verilib. Slayd təqdimatla Azərbaycan muzeylərində, xüsusilə də İçərişəhər Muzey Mərkəzinin kolleksiyalarında saxlanılan qurama tikmələri nümayiş olunub.

 

Mədəniyyət.- 2021.- 17 fevral.- S.3.