Misirdə Nizaminin 880 illik yubileyi münasibətilə konfrans

 

Tədbir çərçivəsində rəssamlarımızın sərgisi açılıb

 

Azərbaycan Prezidentinin 2021-ci ilinNizami Gəncəvi İlielan olunması ilə bağlı sərəncamına uyğun olaraq, ölkəmizin Misirdəki səfirliyi konfrans təşkil edib.

 

Dahi şair mütəfəkkirin 880 illik yubileyi münasibətilə Misir Mərkəzi Kitabxanasında keçirilən konfransın iştirakçıları Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərginin açılışına da qatılıblar.

 

Mərasimdə Misir Mərkəzi Kitabxanasının direktoru Rza Tayfi, Azərbaycanın Misirdəki səfiri Tural Rzayev, Misir Parlamentinin üzvü, Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Usama əl-Əbd, müxtəlif universitetlərin müəllim tələbələri, Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

 

Sərgidə Salam Salamzadə, Nəcəfqulu İsmayılov, Qəyyur Yunus, Nağdəli Xəlilov, Əfsanə Əliyeva, Fərman Qulamov, Elxan Tahirov, Altay Hacıyev başqa müəlliflərin müxtəlif janrlarda yaratdıqları tablolar təqdim edilib.

 

Azərbaycanın tarixi, mədəniyyəti təbiətini tərənnüm edən əsərlərin sərgisi böyük marağa səbəb olub. MisirinCümhuriyyəqəzeti, “Nil mədəniyyəttelekanalı sərgidən xəbər reportajlar hazırlayıb.

 

***

 

Konfransı giriş sözü ilə Misir Mərkəzi Kitabxanasının direktoru Rza Tayfi açıb. O, Azərbaycanın Şərqin dahi şairi mütəfəkkiri Nizaminin yaradıcılığına həsr edilmiş konfransın keçirilməsini əlamətdar hadisə adlandırıb.

 

Azərbaycanın Misirdəki səfiri Tural Rzayev, Misir Parlamentinin Dini məsələlər Vəqflər Komitəsi sədrinin müavini Usama əl-Əbd tədbirin əhəmiyyətindən danışıblar. İki ölkə arasında tarixi-mədəni əlaqələrin dərin kökləri olduğu, Nizami Gəncəvinin nəinki Azərbaycanda, həm dünyada, o cümlədən ərəb ölkələrində geniş tanındığı vurğulanıb.

 

Sonra Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri kafedrasının müdiri Cəlal əl-Hifnavi, Misirdəki Amerika Universitetinin professoru Raşa Ğanim, Azərbaycanın Misirdəki diasporunun sədri Seymur Nəsirov məruzələrlə çıxış edərək Nizami Gəncəvinin həyat yaradıcılığından söz açıblar. Alimlər həmçinin dahi şairin məşhurXəmsə”si ilə bağlı tədqiqatlardan bəhs ediblər.

 

Konfrans yerli media tərəfindən işıqlandırılıb, səfir T.Rzayev MisirinNil mədəniyyət” kanalına müsahibə verib.

 

Mədəniyyət.- 2021.- 17 fevral.- S.8.