Nizami irsi bəşəri dəyərlər

Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Kürdəmir rayon Heydər Əliyev Mərkəzində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş tədbir keçirilib.

 

Tədbir Kürdəmir regional ASAN Xidmət mərkəzinin Heydər Əliyev Mərkəzi ilə birgə əməkdaşlıq proqramına uyğun olaraq təşkil edilib. Regional idarənin əməkdaşları və ASAN Xidmətin könüllülərinin iştirak etdiyi tədbirdə şairin zəngin yaradıcılığından söz açılıb.

 

Regional idarənin əhatə etdiyi Xocavənd rayon MKS-nin təşkilatçılığı ilə Xocavənd Mərkəzi kitabxanasının həyətində Nizaminin Xəmsəsini simvolizə edən beş ədəd çinar tingi əkilib.

 

***

 

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişafKaryera Mərkəzi Zaqatala nümayəndəliyinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvi İlinə həsr olunmuş onlayn konfrans keçirilib. Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov böyük mütəfəkkirlərimizin irsinə dövlət qayğısından bəhs edib.

 

Qax rayon MKS və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Nizami bəşəri dəyərlərin keşiyində adlı videkonfrans keçirilib.

 

***

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və rayonda fəaliyyət göstərən Ələk ədəbi məclisinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvi İlinə həsr olunan videokonfrans keçirilib.

 

***

 

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Nəriman Nərimanov adına şəhər 2 nömrəli və Dəmirçi kənd tam orta məktəblərin müəllim və şagirdlərinin iştirakı ilə Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğində Heydər Əliyevin rolu mövzusunda onlayn konfrans keçirilib.

 

Masallı rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı Kərpickəsən kişinin hekayəti adlı virtual tamaşa-kompozisiya nümayiş etdirib. Xalq teatrının rejissoru Cəmaləddin Əliyevin quruluş verdiyi səhnə əsərində Cavid Quliyev, Ziyafət Hüseynov və başqaları iştirak ediblər.

 

***

 

Lənkəran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Astara rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Nizami Gəncəvi İli dahi şairin bəşəriyyətə verdiyi misilsiz töhfələrə yenidən baxış ili kimi tarixə yazılır mövzusunda videokonfrans keçirilib.

 

Mədəniyyət.- 2021.- 17 fevral.- S.4.