Ayrılığın xatirəsi

Mövlanə Cəlaləddin Ruminin bir sözü var, deyir, Gül verən əldə gül qoxusu qalar. Sözün hikmətində bironu teatr, səhnə üçün doğulmuşonun sayəsində əbədiyyət ünvanı qazanmış aktyoru Xalq artisti Əliabbas Qədirovu yad edəcəyik.

 

O, Azərbaycan teatrkino sənətinin özünəməxsus kübarlığı ilə seçilən aktyorlarından idi. Belə demək mümkünsə, özünü sevərək sevdirməyə nail olmuşdu. Hələ gənc yaşlarında teatrkino sənətimizdə tanınıb sevilməyindəki hikmət yəqin həm də bunda idi.

 

 

Aktyor doğulan...

 

 

Əliabbas Gülabbas oğlu Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olmuşdu. Hələ orta məktəb illərindən teatra marağı hiss edilib. Bu maraqdaxili emosiyanın fərqli yaradıcılıq formalarında təzahürü nəticəsində o, Dəmiryolçular klubuna gəlir, görkəmli aktyor, Xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinə üzv yazılır. Beləcə, dəmiryolçu atanın teatrsevər oğlunun ilk səhnə cığırı da dəmiryolçuların səhnəsində açılır.

 

Doğrudur, onun sənət yolu, aktyorluğun zirvəsinə yetişməsi elə də asan olmayıb. Bir çoxları kimi o da məhrumiyyətlərlə üzləşib, uğura yetmək üçün gecəsini gündüzünə qatıb. Hələ dram dərnəyində fəaliyyətə başlayarkən onun iddialığı, ən əsası isə, teatra ziyadə bağlılığı Ağadadaş müəllimin də çox xoşuna gəlir. Səhnənin daha bir istedadlı sənət fədaisi qazanacağından məmnun halda ona klassik aktyor məktəbinin incəliklərini öyrədir.

 

İstedadustad əlindən su içmək onu bu sənətə ömürlük bağlayır. 1965-ci ildə o vaxtkı Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) Dramkino aktyorluğu fakültəsinə daxil olur. Müəllimləri sarıdan bəxti gətirən Ə.Qədirovun sənət müəllimi, ixtisas kurs rəhbəri görkəmli teatr rejissoru, Xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi isə Əməkdar artist, qiraət ustası Müxlis Cənizadə olur. Beləcə, bünövrədən başlayan ustad şəyirdliyi ali məktəbdə də davam edir. Aktyor sənətinin incəlikləri ilə yanaşı maraqlı yaradıcılıq qolu olan bədii qiraət sahəsində də özünü püxtələşdirir.

 

İnstitutda tələbələrin özünüifadə məkanı, ilkin peşəkar meydanı olan Tədris teatrının səhnəsində tez-tez çıxış etməyə başlayır, teatrın ştatlı aktyoru kimi burada müxtəlif səpkili obrazlar yaradır. Daha çox klassik dramaturgiya nümunələrində əsərlərdə özünü sınayan, bir növ çətin tapşırıqları icra etməyi sevən gənc tələbə-aktyor Cəfər Cabbarlının Aydın, Hüseyn Cavidin Azər əsərlərinin tamaşalarında maraqlı rollar oynayır.

 

Özünüifadə manevrləri yaşının və təcrübəsinin üzərində dayanan Ə.Qədirovun bu üstünlüyü sənət müəllimi Mehdi Məmmədovun diqqətindən hələ ilk kursdan yayınmamışdı. Elə buna görə də sonuncu kursda onu peşəkar səhnəyə gətirir. Onu Akademik Dram Teatrında quruluş verdiyi Hüseyn Cavidin Xəyyam faciəsində Yusif roluna dəvət edir. İstedadlı gənc 1970-ci ildən teatrın aktyoru kimi fəaliyyətə başlayır və ömrünün sonunadək bu səhnəyə, bu sənət ocağına bağlı qalır.

 

Doğrudur, bir müddət o, teatrın bədii rəhbəri və direktoru kimi də çalışıb. Amma aktyor kimi teatra, səhnəyə sevgisinisadiqliyini itirməyib. Maraqlıdır ki, müxtəlif yaradıcılıq sahələrində kinofilmlərdə, televiziya tamaşaları və proqramlarında, eləcə də qiraətçi kimi fərqli tədbirlərin əsas mərkəzində olsa da, heç vaxt bu teatrın səhnəsindən ayrılmayıb, ilkson məbədi kimi daim onun ecazında qalıb.

 

 

Onun səhnəsi

 

 

Aktyor kimi daha çox romantik-psixoloji üslubdakı rollarda tamaşaçı ilə obraz arasında incə rabitəni təmin edirbunu çalışdığı teatra xas, oturuşmuş aktyor oyunu üslubundan tam fərqli bir emosiyada çatdırırdı. Xüsusən klassik dramaturji əsərlərdə təbii oyunu ilə seçilirdi. Onun sevərək yaratdığı bu qəbildən olan nümunələr arasında Xəyyamda Yusifi, Zamanın hökmündə Pronyası, Xırs quldurbasanda Vəlisi daha parlaq ifalar kimi aktyor tərcümeyi-halına yazılıb. Müxtəlif illərdə səhnə həyatı verdiyi obrazlar Darıxma, ana!da Givi, Mahnı dağlarda qaldıda Nicat, Aydında İlyas, Şöhrət və ya unudulan adamda Fotoqraf, Məhəbbət əfsanəsində Şərif, Xurşudbanu Natəvanda Seyid Hüseyn, İblisdə Vasif, Kimdir haqlı?da Rəşad, Büllur saraydada Həbib, Torpağa sancılan qılıncda Qazan xan, Şeyx Xiyabanidə Şirzad, Mənsiz dünyada Mirzə Şəfi, Sevgililərin cəhənnəmdə vüsalında Mircəfər Bağırov, Tənha iydə ağacında Kərim bəy, Sənsizdə Tərlan, Kral Lirdə Qraf Qloster, Hökmdar və qızında İbrahim xan, Özümüzü kəsən qılıncda (Göytürklər) Qara xaqan, Ulduz, yaxud Ədirnənin fəthində Ənvər və başqa bir-birindən maraqlı rolları onun milli teatr sənətimizdəki zəngin oyun texnikasının nümayişidir.

 

 

Teleekrandakı doğma üz

 

 

Əliabbas Qədirovun çoxşaxəli yaradıcılığının bir qolunu da televiziya təşkil edirdi. Sadə və səmimi ifadəsi olan aktyorun kütləvi tamaşaçı ilə teledialoqu da maraqlı və məhsuldar alınırdı. Təsadüfi deyil ki, o, televiziyada bir çox tamaşalarda maraqlı obrazlar yaradaraq tamaşaçı yaddaşındakı yerini ustalıqla möhkəmləndirə bilib. Bu mənada Laçın yuvası (Cahangir), Təkan (Dilqəm), Atayevlər ailəsi (Cahangir), Hacı Qara (Heydər bəy), Bəxtsiz cavan (Fərhad), Duel (İsgəndər) kimi tamaşalarda yaratdığı sadə və koloritli obrazları sayəsində həmin nümunələr televiziyanın qızıl fonduna daxil edilib.

 

Televiziyanın Komediyalar aləminə səyahət kimi baxımlı və uzunömürlü verilişinin aparıcısı kimi də fəaliyyət göstərib.

 

 

Kinolentdəki iz

 

 

Onun kinoda ilk işi 1972-ci ildə çəkildiyi Xatirələr sahilində filmində İmran Zahidov rolu olub. Dram janrındakı bu filmin ardınca o, Nəğmə dərsində Ata, Evin kişisində Mansur, Qızıl uçurumda Cəlil, Babəkdə Fəzl, İşarəni dənizdən gözləyində Sultanov, Sevinc buxtasında Nazim kimi rollara dəvət olunur. Kinorejissor Eldar Quliyevin çəkdiyi Sevinc buxtası ikiseriyalı bədii filmindəki Nazim roluna görə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdü.

 

1982-ci ildə Əməkdar artist, 1989-cu ildə isə Xalq artisti fəxri adları ilə təltif olunan aktyor yorulmaq bilmədən istər teatr, istər kino, istərsə də televiziya sahəsində fəaliyyətini paralel olaraq davam etdirirdi.

 

Ə.Qədirov yaxşı aktyor olmaqla yanaşı, həm də yaxşı müəllim idi. Mədəniyyət və İncəsənət Universitetində aktyorluqdan dərs deyirdi. Ustadlarından öyrəndiklərini öz süzgəcindən keçirərək tələbələrinə öyrətməyə çalışırdı.

 

 

Son obraz

 

 

Bir çox aktyorun obrazlar sıralamasını qeyd edərkən son rollarının mistikası, belə demək mümkünsə, seçkinliyi istər-istəməz qəribə ovqat yaradır. Biz tamaşaçı olaraq obrazdan-obraza dəyişən, başqalaşan aktyorları elə bil məhz son rolları ilə özləri kimi qəbul edirbu sonluğun əzabında daha çox sevməyə, daha çox xatırlamağa çalışırıq. Onun da son rolu bu mizan-yozuma uyğun idi. Əli Əmirlinin Mesenat əsərindəki Hacı Zeynalabdin Tağıyev obrazı.

 

Səhnəyə son olaraq böyük xeyriyyəçinin obrazında çıxan Əliabbas Qədirov həyat obrazını da mübariz tamamladı. Xəstəliyi ilə illərlə vuruşdu və 2006-cı ilin 8 martında tamaşaçıları ilə həmişəlik ayrıldı.

 

Mənim ömür qatarım da mütləq bir gün, bəlkə də ən yaxın zamanda hansısa dayanacaqda dayanacaq, duracaq deyən sənətkar 60 yaşında, aktyor kimi ən məhsuldar dövründə dünyadan köçüb getdi.

 

Biz tamaşaçılarına isə onu həyata gəlişinin 75, gedişinin isə 15-ci ilində ehtiramsevgi ilə xatırlamağı bəxş elədi...

 

Həmidə NİZAMİQIZI

 

Mədəniyyət.- 2021.- 17 fevral.- S.7.