Torpağı Vətən edən qəhrəmanlar

Şəmkir Regional Mədəniyyət İdarəsi Daşkəsən rayon Mədəniyyət Mərkəzi, Heydər Əliyev Mərkəzi, rayon MKS və Uşaq musiqi məktəbinin kollektivi Vətən müharibəsi şəhidləri Orxan Bəxtiyarov, Arzu Zeynalov və Mətləb Zamanovun ailələrini ziyarət ediblər.

 

***

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanası Uşaq şöbəsinin əməkdaşları rayon sakini, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Taleh Babayevin ailəsini ziyarət ediblər.

 

MKS-nin Zərdabi qəsəbə kitabxanasının əməkdaşları tərəfindən şəhid leytenant Səttər Piriyevin ailəsi ziyarət olunub. Güləzi kənd kitabxanasının əməkdaşları isə Vətən müharibəsi qazisi Telman Məmmədovla görüş keçirib.

 

***

 

Şəki Regional Mədəniyyət İdarəsi Qax rayon Zəyəm kənd Mədəniyyət evinin və kənd kitabxanasının bir qrup əməkdaşı Vətən müharibəsi qazisi Elgün Əsgərova baş çəkib, ailəsinə maddi və mənəvi dəstək göstəriblər.

 

Zaqatala rayon Paşan kənd klubunda Vətən müharibəsinin qaziləri ilə Qarabağ Azərbaycandır! mövzusunda görüş təşkil olunub.

 

Zaqatala rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişafKaryera Mərkəzinin rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Vətən müharibəsinin iştirakçısı, Cəsur döyüşçü medalı ilə təltif olunan baş leytenant Laçın Güliyevlə görüş keçirilib.

 

***

 

Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Mədəniyyət Mərkəzinin Qaraqaşlı kənd Mədəniyyət evi və Əhmədabad kənd Folklor evində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Torpağı Vətən edənlər adlı, vətənpərvərlik mövzusunda fotostendlərin açılışı olub.

 

***

 

Ağdaş Regional Mədəniyyət İdarəsi Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Vətən müharibəsi şəhidi, Qarabağ ordeni, Vətən uğrunda, Cəbrayılın azad olunmasına görə və Qubadlının azad olunmasına görə medalları ilə təltif olunmuş polkovnik-leytenant Rəhim Hüseynovun ailəsi ilə görüşüblər.

 

***

 

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsində şəhid olmuş Bərdə sakini, unudulmaz ifası ilə yaddaşlara yazılan Xudayar Yusifzadənin məzarını ziyarət ediblər.

 

Goranboy Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları isə şəhidlər Nofəl BehbudovKamil Qasımovun ailələrinə baş çəkiblər.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Tovuz rayon Dondar Quşçu kənd mədəniyyət müəssisələrinin əməkdaşları Vətən müharibəsi qazisi Samir İsmayılovu ziyarət ediblər.

 

***

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zəngilan şəhər Uşaq musiqi məktəbinin direktoru və müəllim kollektivi Vətən müharibəsində qəhrəmancasına şəhid olan Sumqayıt şəhər sakini Cəbrayıl Dövlətzadənin ailəsinə baş çəkib.

 

***

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Laçın rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Yaqub Yaqubzadənin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

 

Mədəniyyət.- 2021.- 19 fevral.- S.4.