Əli Nino Monteneqroda çap olunub

 

Azərbaycan-Monteneqro İqtisadi Mədəni Mərkəzinin təşəbbüsü ilə yazıçı Qurban Səidin dünyaca məşhur Əli Nino romanı Monteneqro (Çernoqoriya) dilinə tərcümə edilərək nəfis tərtibatda çap olunub.

 

Azmont İnvestments şirkətinin dəstəyi ilə nəşr edilən kitabı rus dilindən Vlado Aşanin çevirib. O, 1990-cı ildə rus dilinə Mehdi Hüseynzadə tərəfindən tərcümə olunmuş mətndən istifadə edib.

 

Kitabın yerli kitabxanalara və təhsil ocaqlarına paylanması, həmçinin Monteneqroda keçiriləcək kitab sərgisində təqdimatı nəzərdə tutulur.

 

Mədəniyyət.- 2021.- 19 fevral.- S.4.