Misir və Azərbaycanın kitabxana sahəsində əməkdaşlığı müzakirə edilib

 

 

Misir ilə Azərbaycan arasında mədəni əlaqələrin, xüsusilə kitabxana sahəsində əməkdaşlığın geniş perspektivləri var.

 

Bu barədə Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin Misir Mərkəzi Kitabxanasının direktoru Rza Tayfi ilə görüşündə qeyd olunub. Görüşdə zəngin kitab və əlyazmalar fonduna malik olan Misir və Azərbaycan kitabxanalarının daha sıx əməkdaşlığı barədə söhbət açılıb.

 

İki ölkənin mərkəzi kitabxanaları arasında əməkdaşlıq memorandumunun imzalanması, habelə Misirin böyük şəhərlərinin kitabxanalarında ölkəmizlə bağlı kitabların sərgisinin təşkili barədə fikir mübadiləsi aparılıb.

 

Görüşün sonunda Azərbaycanın tarixi, mədəni irsi, dahi şəxsiyyətləri və təbiəti haqqında kitablar Misir Mərkəzi Kitabxanasına hədiyyə edilib. Kitabxananın foyesində təxminən 30 adda kitabın sərgisi təşkil olunub.

 

Mədəniyyət.- 2021.- 19 fevral.- S.8.